25 
Nybr
2020
06:56
2020

Klinika xəstəni qəbul etməyi rədd edərsə, hansı nömrəyə zəng edilməlidir?

"Əgər klinika xəstəni qəbul etməkdən imtina edərsə, xəstə şikayətini qeyd etdirmək üçün 15 05 nömrəsinə zəng etməlidir".

InterPress.ge xəbər verir ki, bu barədə Səhiyyə naziri Ekaterine Tikadze deyib.

Nazirin sözlərinə görə, heç kimin xəstəni klinikadan kənarda qoymağa haqqı yoxdur.

Ekaterine Tikaradze zəngə dərhal cavab veriləcəyini bildirib.

"Xəstənin 15 05-ə zəng etmək hüququ var, bu zəng qeydə alınır, bu səbəbdən həm Tənzimləmə Agentliyindən, həm də Milli Səhiyyə Agentliyindən vaxtında cavab veriləcək. Həqiqətən bütün xəstələrin təhlükəsizliyini və lazımi yerə yerləşdirilməsini təmin edirik. Heç kimin xəstəni klinikadan kənarda buraxmağa haqqı yoxdur",- dedi Tikaradze.

Bizimlə əlaqə saxlayın