24 
Nybr
2020
16:13
545

Tbilisidə Kür çayının sahilində qəza baş verdi - dörd avtomobil biri-biri ilə toqquşdu

Tbilisidə, Kür çayının sağ sahilində 4 avtomobilin toqquşması nəticəsində 2 nəfər yaralanıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumat Daxili İşlər Nazirliyindən verilib.

Məlumata əsasən, yaralılar təcili yardım maşını ilə klinikaya aparılıb.

Cinayət Məcəlləsinin yol hərəkəti qaydalarını pozmağın sağlamlığa az ağır ziyan vurması ilə nəticələnən 276-cı maddəsinin ikinci hissəsi ilə istintaq başladılıb.

Bizimlə əlaqə saxlayın