24 
Nybr
2020
15:42
2755

Məktəblərlə bağlı qərar verildi: Bu tarixə kimi şagirdlər onlayn rejimdə təhsil alacaq

Acarıstan bölgəsində və on şəhərdə 2020-2021 tədris ilinin birinci semestrinin sonuna qədər həm dövlət, həm də özəl məktəblərdə şagirdlər üçün bütün dərslər distant şəkildə dəvam edəcək.

InterPress.ge xəbər verir ki, bu barədə məlumat İdarələrarası Koordinasiya Şurası tərəfində verilib.

“Ölkələrdəki epidemik vəziyyəti və böyük şəhərlərdə hərəkətliliyi azaltmaq üçün İdarələrarası Şura Gürcüstanın aşağıdakı şəhərlərində distant təhsilin dəvamına qərar verdi: Tbilisi, Rustavi, Kutaisi, Zuqdidi, Telavi, Zestaponi, Qori, Qardabani, Poti və Marneuli. Təhsil prosesi 2020-2021 tədris ilinin birinci yarısının sonuna qədər həm dövlət, həm də özəl məktəblərdə bütün sinif şagirdləri üçün məsafədən aparılacaqdır.

Acarıstan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən ümumi təhsil müəssisələri tədris prosesini distant şəkildə”, - deyə Təhsil Nazirliyinin açıqlamasında bildirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər