24 
Nybr
2020
15:29
950

Mərkəz rəhbəri məhdudiyyətlərlə bağlı qərarın nə vaxt veriləcəyini açıqladı

“Koronavirusla bağlı mövcud qaydaları sərtləşdirmək və nöqtə məhdudiyyətləri əlavə etmək lazımdır”.

InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Mərkəzinin direktoru Amiran Qamğrelidze deyib.

Qamğrelidzenin dediyinə görə, qeyd olunan məhdudiyyətlər mümkün qədər sərt olmalıdır.

Amiran Qamğrelidzenin bugünkü brifinqdə qeyd etdiyinə əsasən, qərarlar yaxın iki gün ərzində İdarələrarası Koordinasiya Şurası tərəfindən veriləcək.

"Mövcud qaydaların icrasını sərtləşdirməyimiz və nöqtə məhdudiyyətlərini mümkün qədər ciddi şəkildə əlavə etməyimiz lazımdır. Bildiyiniz kimi bu qərarlar Koordinasiya Şurası tərəfindən verilir. Bu gün də bununla bağlı çox müzakirə var idi. Qərarlaşdırmanın sabah da davam edəcəyini və yaxın iki gündə Koordinasiya Şurasının müvafiq qərarlar verəcəyini düşünürəm",- dedi Qamğrelidze

Bizimlə əlaqə saxlayın