23 
Nybr
2020
15:09
463

Qar səbəbi ilə təxminən 200 nəfər Baxmaroda qalıb

Baxmaroda qar təmizləmə işləri davam edir. Pis hava və qar səbəbi ilə oradan çıxa bilməyən təxminən 200 nəfər var.

InterPress.ge xəbər verir ki, bu barədə Çoxataurinin meri İrakli Kuçava bildirib.

Onun sözlərinə görə, xəbərdarlığa baxmayaraq, vətəndaşlar Baxmaroya uyğun olmayan maşınlarla gediblər.

“Dünən və sırahagün insanlar uyğun olmayan maşınlarla Baxmaroya getdilər. Yolda olan xəbərdarlığa və müvafiq lövhələrə baxmayaraq, yenə də Baxmaroya qalxdılar. Söhbət təxminən 150-200 nəfərdən gedir. Yol tezliklə təmizlənəcək və bu insanlar evakuasiya ediləcək “,-dedi Çoxatauri Bələdiyyə Başçısı İrakli Kuçava.

Bizimlə əlaqə saxlayın