23 
Nybr
2020
13:08
808

Mikromaliyyə təşkilatının binasına hücm edən şəxs məhkəmədə danışdı

Təqsirləndirilən şəxs, Tbilisi Şəhər Məhkəməsidə həbs qətimkan tədbiri seçilməsi məsələsinin müzakirə olunduğu vaxt çıxış edib.

InterPress.ge-nin məlumatına görə, Levan Zurabaşvili qumarla əlaqəli problemdən danışıb və qanunların dəyişdirilməli olduğunu qeyd edib.

“Prokuror həmişə deyir ki, ola bilər, ola bilər,həmişə belə deyirsiz, amma əslində Gürcüstanın yarısı illər ərzində bu problemlərdən öldü. Heç kim səsini çıxarmazsa, övladlarınız, hamımız öləcəyik. Neçə nəfər özünü öldürdü, nə qədər ailə bədbəxt oldu. Mən 4 saat orada idim, heç bir media gəlmədi, mənimlə partiya nümayəndəsi danışdı. Çoxları ola bilsin ki, oynamır, ancaq onların övladları, qardaşları, nəsilləri ölür. Yazıq insanları, kasıbları fikirləşmirsinizmi? Borcları ödəmişəm. Mənə sonsuza qədər cəza verin, mən buna razıyam. Artıq oynamıram, yazığıq, milləti qurtarın və qanunlar dəyişdirilsin. Elə bir ailə yoxdur ki, dərmana ehtiyacı olmasın, hər şey bahadır - uşaq bezi, dərmanlar. Çoxalmırıq və inkişaf etmirik, geriyə doğru gedirik. Bizimlə, insanlarla maraqlansınlar. Hər kəs pul yedi və indi bizə qayğı göstərilsin",-dedi Zurabişvili.

Qeyd edək ki, Tbilisi Şəhər Məhkəməsi girov götürməkdə təqsirləndirilən Levan Zurabaşvilini həbs qətimkan tədbiri seçərək həbs cəzasına məhkum edib.

Cinayət Məcəlləsinin 144-cü maddəsinin ikinci hissəsi "c" yarımbəndi ilə istintaq aparılır.

Prossesə psixiatriya müayinəsi də təyin edilmişdi.

Bizimlə əlaqə saxlayın