23 
Nybr
2020
12:32
2749

Levan Qopodzedən açıqlama: "Gürcüstan Kilidləmə elanına hazırlaşır"

Koronavirus hallarının artması səbəbindən Gürcüstan "Kilidləmə" elanına hazırlaşır. Ölkədə ictimai nəqliyyatın məhdudlaşdırılması və böyük ticarət mərkəzlərinin bağlanacağı gözlənilir.

InterPress.ge xəbər verir ki, bu barədə Respublika Xəstəxanasının direktoru Levan Qopodze Prime Time-a müsahibə zamanı bildirib.

Onun dediyinə əsasə, səhiyyə sistemi artan virus hallarına tab gətirə bilməz.

O, virusun yayılmasının qarşısını almaq üçün bu gün və ya sabah müəyyən qaydaların tətbiq ediləcəyini söyləyib.

“Gürcüstanda yüksək dərəcədə koronavirus infeksiya yoluxmaları özünü biruzə verir. Mövcud vəziyyət həqiqətən çətindir, klinikalar yer sayına görə çətinlik çəkir. Buna görə daha sərt tədbirlər görülənə qədər hər kəs sıx olduğu yerlərdən qaçmaq üçün əlindən gələni etməlidir.

Tənzimləmələrə nəqliyyat da daxil olmaqla sıx yerlərdə məhdudiyyətlər mütləq həll edilməlidir. Artıq dünyanın bütün ölkələri "Kilidləmə" elan edir. Vəziyyət mürəkkəbləşdi, buna görə Gürcüstanda bu gün və ya sabah məhdudiyyətlər elan ediləcək”,-dedi Qopodze.

Gürcüstanda qaydaları sərtləşdirməyin gec olub-olmadığı sualına Qopodze belə cavab verib:

“Bunu deyə bilmərik, ölkədə seçkilər oldu. Sizə deyə bilərəm ki, virusa yoluxma halları çox artmışdır və gələcəkdə test sayı da artacaqdır. Bütün bunların fonunda virusa yoluxanların sayı daha da artacaqdır.

Epidemiya vəziyyətinə görə ölkədə "Kilidləmənin" tətbiq edilməsi üçün ən azı iki həftə vaxt lazımdır. Kilidləmə müddətinin uzadılıb-uzadılmayacğı epidemiya vəziyyətindən asılı olacaq",-dedi Qopodze.

Məlumat üçün bildirək ki, Gürcüstanda koronavirus xəstələrinin sayı hər gün artır. Ölkəmiz virusun yayılma sürətinə görə üç qonşu ölkəni qabaqlayır: Ermənistan, Azərbaycan və Türkiyə.

Bizimlə əlaqə saxlayın