23 
Nybr
2020
11:06
858

Gürcüstanda koronavirusla bağlı son vəziyyət - statistika

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 3 958 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 108 690 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 3 531 sağalma qeydə alınaraq 89 170nəfər təşkil edib.

Qeyd edək ki, koronavirus səbəbi daha 36 nəfər ölüb və ölənlərin ümumi sayı 1 012 nəfər təşkil edib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər