20 
Nybr
2020
20:29
3990

Bütün girovlar sərbəst buraxıldı - DİN-dən açıqlama

"Tədbir uğurlu alındı, bir neçə saat davam edən danışıqlardan və xüsusi operativ istintaqdan sonra bütün girovlar salamat buraxıldı və silahlı basqın edən şəxs həbs olundu".

InterPress.ge xəbər verir ki, bu barədə patrul polisinin rəhbəri Vaja Siradze bildirib.

Siradzenin qeyd etdiyinə görə, bu mərhələ üçün istintaq tədbirləri davam edir.

"Tələblərə gəldikdə, hər kəsə yaxşı məlumdur, hətta media vasitəsi ilə də bu haqda yayıldı və bu səbəbdən əlavə məlumatları daha sonra verəcəyik",- dedi Vaja Siradze.

Xatırladaq ki, silahlı təcavüzkar təxminən 16: 00-da Tbilisinin Cereteli prospektində yerləşən "MBC" mikromaliyyə təşkilatının filialına girərək 11 nəfəri girov götürmüşdü.

Daxili İşlər Nazirliyi, odlu silah alqı-satqısı, saxlama, gəzdirmə və soyğunçuluq faktı ilə bağlı istintaq başladıb.

Bizimlə əlaqə saxlayın