20 
Nybr
2020
12:45
490

Qar və buz səbəbi ilə bu yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

Mülaxi-Lasdili yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Yollar İdarəsi məlumat yayır.

“Qar və buz səbəbi ilə Zuqdidi-Jvari-Mestia-Lasdili yolunda km148-km198 (Mülaxi-Lasdili) daxili əhəmiyyət daşıyan qoşqu, yarımqoşqu və 30 yerdən çox tutumlu nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Digər növ nəqliyyat vasitələrinin hərəkətinə isə sürüşməyə qarşı zəncirlərdən istifadə etməklə icazə verilir”,- deyə məlumatda bildirilir.

Məlumata görə, magistralın km1-km148 (Zuqdidi-Mülaxi) hissəsində nəqliyyatın hərəkəti sərbəstdir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər