19 
Nybr
2020
08:35
1022

Qudauri-Kobi kəsişməsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

Qudauri-Kobi kəsişməsində güclü qar və aşağı temperatur səbəbindən nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyi xəbər verir.

"Güclü qar və aşağı temperatur səbəbi ilə beynəlxalq əhəmiyyətli Mçxeta-Stepancminda-Larsi (Rusiya Federasiyası sərhədi) yolunun Qudauri (Posta) -Kobi hissəsində qoşqu və yarımqoşquların hərəkəti məhdudlaşdırılıb, qalan nəqliyyat vasitələrinin hərəkəti isə sərbəstdir, həmçinin, yolun qalan hissəsində də nəqliyyat məhdudlaşdırılmayıb"- deyə məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın