18 
Nybr
2020
14:00
2602

Gürcüstanın bəzi ərazilərində qar fırtınası gözlənilir - Sinoptiklərdən açıqlama

Gürcüstanda hava kəskin şəkildə pisləşəcək.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyindən məlumat verilib.

Agentlikdən verilən məlumata görə, 19-20 noyabr tarixlərində Gürcüstanın şərqində soyuq və nəmli hava kütlələrinin olacağı gözlənilir. Aran bölgələrində əsasən yağış, dağlarda və dağlıq bölgələrdə qar, duman, yüksək dağlıq ərazilərdə isə qar fırtınası müşahidə olunacaq.

"Şərqdən güclü küləklər Qara dənizin sahil bölgələrində, Kolxeti ovalığında, Yuxarı İmereti və Qori-Surami hissəsində əsəcək. Gözlənən yağış dağlıq ərazilərdə sürüşməyə səbəb ola bilər", - deyə açıqlamada bildirilir.

Bizimlə əlaqə saxlayın