18 
Nybr
2020
10:11
581

Həmkəndlisinə ölümcül xəsarət yetirən şəxs saxlanıldı - VİDEO

Gürcüstan Daxili İşlər Nazirliyinin Acarıstan Polis İdarəsinin əməkdaşları əməliyyat-istintaq tədbirləri nəticəsində 1992-ci il təvəllüdlü T.Q-nı saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı DİN yayır.

"İstintaq təqsirləndirilən şəxsin bu il 14 noyabr tarixində Kobuleti Bələdiyyəsinin Xala kəndində bir həmkəndlisi - 1990-cı il təvəllüdlü D.Ş.-yə ölümcül xəsarət yetirdiyini və hadisə yerindən qaçaraq gizləndiyini müəyyənləşdirib", - deyə Daxili İşlər Nazirliyindən bildirilib.

Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə qəsdən adam öldürmə faktı üzrə istintaq başladılıb.
Cinayət ən çox 7 ildən 15 ilədək həbs cəzası nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın