17 
Nybr
2020
11:23
783

Bu gün koronavirusa yoluxanların və koronavirusdan ölənlərin haradan olduqları açıqlandı

"3117 yeni koronavirus halından 1202-si Tbilisidə, 469-u Acariyada və 302-si İmeretidə aşkar edilib".


InterPress.ge xəbər verir ki, bu barədə Qurumlararası Koordinasiya Şurasının Əməliyyat Qərargahı Sədrinin müavini Berdia Sicinava Hökümət İdarəsində keçirilən brifinqdə açıqlama verib.

O koronavirusla bağlı son statistik məlumatlardan və hökumətin son 24 saat ərzində həyata keçirdiyi tədbirlərdən danışıb.

Sicinavanın sözlərinə görə, son 24 saat ərzində Tbilisidə-18, Acariyada-9, İmeretidə-9, Şida Kartlidə-2, Kvemo Kartlidə-5, Kaxetidə-1 və Samçxe-Cavaxetidə 8 nəfər olmaqla toplam 45 nəfər vəfat edib.

"Bu gün aşkarlanan 3117 yeni yoluxma halından paytaxt və bölgələr üzrə göstəricilər belədir: Tbilisidə-1202, Acarıstada-469, İmeretidə-302, Kvemo Kartlidə-259, Şida Kartlidə-173, Quriada-61, Sameqrelo-Zemo Svanetidə-355, Kaxetidə - 117, Mçxeta-Mtianetidə - 86, Samçxe-Cavaxetiyada - 65, Raca-Leçxumi və Kvemo Svanetidə - 28 ”,-dedi Berdia Sicinava.

Bizimlə əlaqə saxlayın