17 
Nybr
2020
11:07
526

Nazir tələbələri Beynəlxalq Tələbələr günü munasibəti ilə təbrik etdi

Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Naziri Mixeil Çxenkeli tələbələri Beynəlxalq Tələbələr Günü münasibətilə təbrik edib.

InterPress.ge xəbər verir ki, Mixeil Çxenkeli tələbələrə müraciət edərək peşəkarlıq üçün pandemiyanın heç bir zaman maneə olmayacağını söyləyib.

"Beynəlxalq Tələbələr Günü münasibətilə sizi təbrik edirəm! Hər şeydən əvvəl sizə can sağlığı, uğurlar və seçdiyiniz peşədə irəliləyiş diləyirəm! Tələbələr bilik əldə etməyin ən yaxşı və ən unudulmaz illəridir. Fədakar zəhmət bu gün öz gələcəyinizi müəyyənləşdirir. Buna görə öyrənin və uğur üçün çalışın, çünki sizin uğurunuz ölkəmizin qələbəsidir! Hal-hazırda pandemiyada yeni, fərqli bir gerçəklikdə təhsil alsanız da, təhsil həyatınızda prioritet olmalıdır. Yəni unutmayın ki, peşəkarlıq üçün bir pandemiya heç vaxt sizə maneə ola bilməz. Bir daha Beynəlxalq Tələbələr Günü münasibətilə təbrik edirəm! Öz sahənizdə peşəkar olun, rəqabətli olun! Sizə dünya uğurları, uğurlu və xoşbəxt illər diləyirəm! ”-deyə Çxenkelinin təbrik mətnində qeyd olunur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər