16 
Nybr
2020
15:48
2508

SON DƏQİQƏ AÇIQLAMA: Mərkəz rəhbəri ciddi məhdudiyyətlərlə bağlı...

"Gürcüstanda tətbiq olunan məhdudiyyətlər sərtləşdiriləcək və bu axşam əlavə məsləhətləşmələr aparılacaq".

InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze bildirib.

“Ölkədə müəyyən məhdudiyyətlər qoyulub və daha da sərtləşdiriləcək. Bu haqda bu gün Koordinasiya Şurasında da müzakirələr edildi, əlavə məsləhətləşmələr bu axşam da, sabah da dəvam edəcək. Ölkədə bir sıra məhdudiyyətlər sərtləşdiriləcək, ancaq bunun nə olduğunu sizə əvvəlcədən deyə bilmərəm",- dedi Amiran Qamğrelidze.

Bununla birlikdə, Qamğrelidze qeyd etdi ki, tamamilə kilidlənmə düşünülmür.

"Biz Çinin üç ay ərzində Uxan şəhərində həyata keçirdiyi tam bağlanma kimi bir şey müzakirə etmirik. Ciddi məhdudlaşdırıcı tədbirlər nəzərdən keçirilir, onlardan bəziləri tətbiq olunur, bəziləri daha da sərtləşdirilir, yalnız bunun tətbiqi deyil, icrası da vacibdir. Müəyyən məhdudiyyətlər tətbiq etmək çox vacibdir, lakin icrasına daha çox nəzarət etmək lazımdır",-dedi Qamğrelidze.

Bizimlə əlaqə saxlayın