16 
Nybr
2020
14:11
1136

19 noyabradək olan hava proqnozu açıqlandı

"16-19 noyabr tarixlərində Gürcüstanda yağışlı hava şəraiti gözlənilir. Gürcüstanın qərbindəki ovalıqlarda havanın temperaturu 17-19 noyabr tarixlərində +10, +15 dərəcə olacaq".

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Ətraf Mühit Agentliyi yayır.

18-19 noyabr tarixlərində Şərqi Gürcüstanda hava buludlu olacaq. Soyuq, dumanlı və yağışlı hava şəraiti gözlənilir. Dağlara və dağlıq ərazilərə qar yağacağı gözlənilir.

Sinoptiklərin məlumatına görə, Tbilisidə az yağış yağması mümkündür. Hava istiliyi 16-17 noyabr tarixlərində +13, +14 dərəcə olacaq, 19 noyabrda soyuq olacaq, duman gözlənilir, günün sonunda qar fırtınası ola bilər. Havanın temperaturu gün ərzində +3, +5 dərəcəyə enəcək.

Bizimlə əlaqə saxlayın