16 
Nybr
2020
13:55
542

Səhiyyə nazirinin qərarına əsasən bu şikayətlər olduğu təqdirdə təcili tibbi yardım çağırılır

Xəstənin temperaturu 38,8 və ya daha çox olduqda və aşağıdakı şikayətlərdən biri - öskürək, boğaz ağrısı, baş ağrısı, burun axıntısı, əzələ, oynaq ağrısı və ishal mövcud olarsa, bu zaman həmin xəstəyə təcili tibbi yardım çağırılır.

InterPress.ge xəbər verir ki, nazirlikdən verilən məlumata əsasən, risk qruplarına aşağıdakı xəstələr/insanlar daxildir:

65 yaş və üstü insanlar; Hamilə və doğuşdan sonrakı dövr iki həftə; Xroniki hallar: hipertoniya, şəkərli diabet, ürək-damar xəstəliyi, ürək çatışmazlığı, xroniki obstruktiv ağciyər xəstəliyi, bronxial astma, immunosupressiv şərtlər (kimyəvi terapiyadan keçən və ya kimyəvi terapiyadan 30 gün sonra tamamlanan, HİV-ə yoluxmuş şəxs), diyaliz. Həmçinin aşağıdakı hallardan biri temperaturla birlikdə müşaiət olunarsa: (istilik miqdarı nə olursa olsun): çox qusma (iki və ya daha çox); Bulanıq şüur; İstirahətdə nəfəs darlığı (fiziki fəaliyyət olmadan); Qıcolma, Xəstə əcnəbidirsə; Xəstə 5 yaş və ya daha kiçik bir insandırsa və əgər zəng küçədən və ya hər hansı bir obyektdən daxil olursa.

Aşağıdakı simptomlardan hər hansı birinə baxmayaraq xəstənin temperaturu 38,8-dən aşağı olduqda ailə həkiminə müraciət edilməlidir: öskürək, boğaz ağrısı, baş ağrısı, burun tıxanıqlığı, əzələ, oynaq ağrısı və ishal.

Əlavədə bildirilir ki, vətəndaşın ürək problemləri, qarın ağrısı, ishal və s. varsa ailə həkiminə yönəldilmir.

Bizimlə əlaqə saxlayın