16 
Nybr
2020
12:30
346

Geostat: "yaşayış minimumu artdı"

2020-ci ilin oktyabr ayında bir əvvəlki aya görə yaşayış minimumu 3,7 GEL artıb.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Statistika İdarəsindən məlumat verilib.

İdarədən verilən məlumata görə, keçən ay əmək qabiliyyətli kişilər üçün yaşayış minimumu 187,7 GEL, sentyabr ayında isə 184 GEL idi.

2019-cu ilin eyni dövrü ilə müqayisədə oktyabr ayında əmək qabiliyyətli kişilər üçün yaşayış minimumu 5,2 GEL azalıb. Xüsusilə, 2019-cu ilin oktyabr ayında bu rəqəm 192.9 GEL idi.

Geostata görə, orta ailənin yaşayış minimumu oktyabr ayında sentyabr ayına 6,3 GEL artaraq 314,9 GEL olub. Sentyabr ayında bu məbləğ 308,6 GEL idi. 2019-cu ilin eyni dövrünə gəldikdə, keçən ilin oktyabr ayında orta ailənin yaşayış minimumu 323,5 GEL idi.

Bizimlə əlaqə saxlayın