16 
Nybr
2020
11:13
702

Bu gün koronavirusa yoluxanların və ölənlərin haradan olduqları açıqlandı

"Son 24 saat ərzində 3157 yeni təsdiqlənmiş infeksiya halı aşkar edildi".

InterPress.ge xəbər verir ki, bu barədə Hökumət Administrasiyasında keçirdiyi brifinqdə İdarələrarası Koordinasiya Şurasının Əməliyyat Qərargahının rəisi Alexander Xocevanishvili bildirib.

"Təəssüf ki, son 24 saat ərzində 15 nəfər Tbilisidən, 5 nəfər Acariyadan, 7 nəfər İmeretidən, 2 nəfər Şida Kartlidən və 1 nəfər Kvemo Kartlidən olmaqla toplam 30 nəfər vəfat edib. 26 Fevral 2020-ci ildən bəri ümumilikdə 733 ölüm halı qeydə alınıb.

Bu gün aşkar edilən 3157 yeni yolxuxma halından paytaxt və bölgələr üzrə göstəricilər belədir: Tbilisi -1249, Acarıstan - 516, İmereti - 477, Kvemo Kartli - 178, Şida Kartli - 181, Quria - 82, Sameqrelo - Zemo Svaneti - 212, Kaxeti - 70, Mçxeta-Mtianeti - 121, Samçxe-Cavaxeti - 60, Raca-Leçxumi və Kvemo Svaneti - 11",- deyə bildirdi Xocevanişvili.

Bizimlə əlaqə saxlayın