16 
Nybr
2020
11:04
828

Gürcüstanda koronavirusa yoluxanların sayı artdı - Son statistika

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 3.157 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 82 835 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 3 230 sağalma qeydə alınaraq 65 291 nəfər təşkil edib.

Qeyd edək ki, koronavirus səbəbi daha 30 nəfər ölüb və ölənlərin ümumi sayı 733 nəfər təşkil edib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər