14 
Nybr
2020
17:29
900

Baş nazir Qiorqi Qaxaria görüş keçirib

Qiorqi Qaxaria, Səhiyyə və Maliyyə naziri ilə birlikdə özəl klinikaların rəhbərləri ilə görüşüb.

InterPress.ge xəbər verir ki, onlar mövcud çarpayı miqdarını və əlavə mənbələrin səfərbər edilməsinin vacibliyini müzakirə ediblər.

Baş nazir hər klinikada mövcud olan çarpayıların sayı, ehtiyacları və əlavə mənbələrin səfərbər edilməsi barədə ətraflı məlumat alıb.

Qiorqi Qaxaria hər bir klinikanın rəhbərinə, həkimlərə, tibb işçilərinə və bütün işçilərə yoluxmuş xəstələrin idarə edilməsindəki səylərinə görə təşəkkür edib.

Söhbət xəstəxana sektorunda sıxlığın qarşısını almaq üçün alınan tədbirlərə yönəldilib.

Klinika rəhbərləri ilə görüş zamanı sistemin həddindən artıq yüklənməməsi və ilk növbədə xüsusi tibbi xidmətlərlə müalicəyə ehtiyacı olan insanların kənarda qalmaması üçün yalnız ağır hallı xəstələrin xəstəxanaya yerləşdirməyin lazım olduğu vurğulandı.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər