14 
Nybr
2020
16:23
812

Mitinqlə əlaqədar paytaxtın bəzi ərazilərində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

Müxalifətin təşkil etdiyi mitinqə görə Rustaveli prospektində, köhnə poçt binasından Azadlıq meydanına qədər nəqliyyat vasitələrinin hərəkəti tamamilə qadağandır.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən verilən məlumatda bildirilir.

Həmçinin, nəqliyyat axını Rustaveli prospektindəki küçələrdə məhdudlaşdırılıb: Ingorokva, Lesia Ukrainka, Sulxan-Saba, Zubalaşvili qardaşları, 9 aprel, Anton Purtseladze, Arçil Jorjadze və Chitadze küçələri.

Trafikin təhlükəsiz hərəkəti patrul polis qrupları tərəfindən tənzimlənir.

Zəruri hallarda sürücülər patrul müfəttişlərindən əlavə təlimat alırlar.

Qeyd edək ki, parlament qarşısında müxalifətin planlaşdırdığı mitinq səbəbi ilə Rustaveli prospektində nəqliyyatın hərəkəti dayandırıldı.

Hal-hazırda etirazçılar parlament binasının qarşısına toplaşıblar.

Qanunverici orqan binasının yaxınlığında müxalifət liderlərinin etirazçılara müraciət edəcəyi səhnə qurulub.

Müxalifət partiyaları seçkilərin nəticələrini qeyri-qanuni adlandırdılar və hökumət tərəfindən süçkilərin saxtalaşdırıdığını söyləyirlər.

Müxalifət MSK sədrinin istefasını və seçki administrasiyasının yenidən təyin edilməsini, vaxtındam əvvəl seçkilərin keçirilməsini və bir neçə siyasi məhbusun sərbəst buraxılmasını tələb edir.

Bizimlə əlaqə saxlayın