14 
Nybr
2020
11:53
927

Koronavirusla bağlı ən son statistik məlumatlar verildi

"Son 24 saat ərzində 3504 yeni təsdiqlənmiş infeksiya halı aşkar edildi".

InterPress.ge xəbər verir ki, bu barədə Hökumət Administrasiyasında keçirdiyi brifinqdə İdarələrarası Koordinasiya Şurasının Əməliyyat Qərargahının rəisi Aleksandr Xocevanişvili bildirib.

O koronavirusla bağlı son statistik məlumatlardan və hökumətin son 24 saat ərzində həyata keçirdiyi tədbirlərdən danışıb.

“Bu günə olan məlumata əsasən, 24 saat ərzində 3504 yeni təsdiqlənmiş infeksiya halı aşkarlanıb. İlk infeksiyadan bəri ölkədə aşkar edilmiş Covid-19 xəstəliyinin təsdiqlənmiş ümumi sayı 76.658-dir.

Sağalan insanların böyüməsi baxımından hələ də müsbət dinamikanı qoruyuruq. Xüsusilə, son 24 saat ərzində 3163 nəfər sağaldı və sağalanların olunanların ümumi sayı 58.674-ə yüksəldi.

Təəssüf ki, son 24 saat ərzində Tbilisidə-10, Acariyada-7, İmeretidə-10, Kvemo Kartlidə-1, Şida Kartlidə-2, Kaxetidə-1, Mçxeta-Mtianetidə-1, Samçxe-Cavaxetiyada-1 nəfər olmaqla 33 nəfər dünyasını dəyişib. 26 fevral 2020-ci ildən bəri ümumilikdə koronavirusdan 669 ölüm halı qeydə alınmışdır.

Bu gün aşkar edilmiş 3504 yeni yoluxma halından paytaxt və bölgələr üzrə göstəricilər belədir: Tbilisi-1232 Acarıstan - 603, İmereti - 619, Kvemo Kartli - 122, Şida Kartli - 140, Quria - 94, Sameqrelo - Zemo Svaneti - 397, Kaxeti - 102, Mçxeta-Mtianeti - 97, Samçxe-Cavaxeti - 76, Raca-Leçxumi və Kvemo Svaneti - 22",- dedi Xocevanişvili.

Bizimlə əlaqə saxlayın