13 
Nybr
2020
15:21
707

Çakvidə xüsusi əməliyyat

Bir neçə saat əvvəl hüquq-mühafizə orqanları Çakvidə xüsusi əməliyyat keçirib.

InterPress.ge xəbər verir ki, xüsusi əməliyyat 8 noyabrda Batumidə baş verən dəhşətli qətllə əlaqədardır.

40 yaşındakı Belarusiyalı qadının cəsədi kirayədə yaşadığı mənzildə tapılmışdı. Qadının bədənində çoxsaylı yaralar var idi.

Adı çəkilən cinayətdə təqsirləndirilən şəxslərin tutulması üçün Çakvidə xüsusi əməliyyat keçirilib. Məlumata görə, təqsirləndirilən şəxsi öz evinin yaxınlığından götürüblər.

Bizimlə əlaqə saxlayın