01 
Mar
2020
09:58
3230

Məktəblə yanaşı Gürcüstanda unverstet və bağçalarda koronovirusa görə tətil etdi

İvane Cavaxişvili Tbilisi Dövlət Universiteti Gürcüstan Təhsil Nazirliyinin tövsiyələrini nəzərə alaraq martın 2-dən 16-dək tətil etdi.

InterPress.ge xəbər verir ki, bu barədə universitet rəhbərliyinin Facebook-dakı açıqlamasında deyilir.

Gürcüstanın dövlət məktəblərində və bağçalarında yeni koronavirusun (COVID-19) yayılması təhlükəsi səbəbindən yaz tətilinə bir həftə əvvəl, martın 2-dən başlamağa qərar verdilər. Tətillər martın 16-dək davam edəcək. Bu müddət ərzində təhsil müəssisələri dezinfeksiya işləri aparmalı olacaq.

Qeyd edək ki, Gürcüstanda indiyədək 3 nəfər koronovirusa yolxub.

Bizimlə əlaqə saxlayın