31 
Okt
2020
16:36
941

Gürcüstanda koronavirusla bağlı son STATİSTİKA

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 1 696 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 38 936 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 2881 sağalma qeydə alınaraq 22 691 nəfər təşkil edib.

Qeyd edək ki, koronavirus səbəbi daha 22 nəfər ölüb və ölənkərin ümumi sayı 307 nəfər təşkil edib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Bizimlə əlaqə saxlayın