30 
Okt
2020
15:27
484

Qamğrelidze: "Seçki məntəqələrində yoluxma riski minimaldır"

"Seçki məntəqələrində yoluxma riski minimaldır".

InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Mərkəzinin direktoru Amiran Qamğrelidze deyib.

Qamğrelidzenin qeyd etdiyinə əsasən, seçki dövründə infeksiya nisbətinin artmaması üçün hər şey edilir.

“İnanın, seçkiqabağı çox ciddi hazırlıq işləri aparıldı. İnsanlarda yoluxma riskini minimuma endirmək üçün hazırlanmış epidemiya əleyhinə tədbirlər var. Buna görə də qorxmayın, seçki məntəqələrinə maska ilə getmək lazımdır. Orada maskanı on saniyədə iki dəfə çıxarmalı olsanız belə çıxarın, problem deyil.
Səsvermə dövründə və seçki dövründə infeksiya nisbətinin artmaması üçün maksimum qorunma təmin olunduğundan əmin olun",- dedi Qamğrelidze.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər