30 
Okt
2020
13:04
652

Rustavidə avtomobil piyadanı vurdu

Rustavidə avtomobil qəzası baş verib.

InterPress.ge xəbər verir ki, Honda markalı avtomobil piyada ilə toqquşub.

Qəza nəticəsində bir qadın yaralanıb. Yaralı klinikaya aparılıb.

"Avtomobil qəzasında xəsarət alan qadının sağlamlıq vəziyyəti stabildir",- bu barədə Rustavi şəhərindəki klinika məlumat verir.

Həkimin sözlərinə görə, qadının ayağı sınıb.

Rustavi patrul polis qrupu yerinə cəlb olunub.

Bizimlə əlaqə saxlayın