30 
Okt
2020
12:57
765

Prezident: "Qori yaxınlığında baş verən faciədən kədərləndiyimi bildirirəm"

Gürcüstan Prezidenti Salome Zurabişvili Qori yaxınlığında baş verən avtomobil qəzasında həlak olanların ailələrinə başsağlığı verib.

InterPress.ge xəbər verir ki, Prezident başsağlığı mətnini sosial şəbəkədə paylaşıb.

“Qori yaxınlığında baş verən faciədən kədərləndiyimi bildirirəm. Mərhumunların ailələrinə və yaxınlarına başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirəm",-dedi prezident.

Məlumat üçün bildirək ki, dünən axşam saatlarında Qori yaxınlığında baş verən avtomobil qəzasında ölənlərin sayı 6 nəfərə çatıb, 10 nəfər yaralanıb.

Məlumata görə, TIR sərnişin avtobusu ilə toqquşub.

Polis hadisə ilə əlaqədar yük maşınının sürücüsü olan Türkiyə vətəndaşını saxlayıb.

Cinayət Məcəlləsinin 276-cı maddəsinin 8-ci hissəsi ilə istintaq əməliyyatları aparılır. Cinayət ən çox 6 ildən 10 ilədək həbs cəzası nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın