30 
Okt
2020
11:42
955

Hökumət Adminstrasiyasından koronavirusla bağlı son vəziyyət açıqlandı

"Koronavirus bərpa səviyyəsinin böyüməsi baxımından müsbət dinamikanı qoruyuruq".

InterPress.ge xəbər verir ki, bu barədə hökümət administrasiyasının sədri Natia Mezvrişvili bildirib.

Mezvrişvili Koronavirusla bağlı son statistik məlumatlardan və hökumətin son 24 saat ərzində həyata keçirdiyi tədbirlərdən danışıb.

“Bu günə olan məlumata görə, son 24 saat ərzində 1696 yeni təsdiqlənmiş infeksiya halı aşkar edilmişdir. İlk yoluxma vaxtından bu günə qədər ölkədə aşkarlanan Covid 19 xəstəliyinin təsdiqlənmiş ümumi sayı 37.263-dür.

Dünənki brifinqdə qeyd etdiyim kimi, sağalmış insanların böyüməsi baxımından nikbin gözləntilərimiz var idi və bu baxımdan hələ də pozitiv bir dinamik saxlayırıq. Xüsusilə, son 24 saat ərzində 2.906 nəfər sağaldı və sağalanların ümumi sayı 19810 nəfərə çatdı.

Təəssüf ki, son 24 saatda ölümlərimiz də var. 12 nəfər, Tiflisdə - 4 nəfər, Acarıstanda - 5, İmeretidə - 2 nəfər, Şida Kartlidə - bir nəfər öldü. 26 Fevral 2020-ci ildən bəri cəmi 285 ölümümüz var", - dedi Mazvrişvili

Onun sözlərinə görə, bu gün aşkarlanan 1696 yoluxmadan paytaxt və bölgələr üzrə göstəricilər belədir: Tiflisdə 683, Acarıstanda 381, İmeretidə 313, Kvemo Kartlidə 117, Şida Kartlidə 59, Guria, Samegrelo və Zemo Svanetidə 18 hadisə aşkar edilmişdir. 60, Kaxetidə - 19, Mtsxeta-Mtianetidə - bir, Samtsxe-Cavaxetiyada - 34, Racha-Lechkhumi və Kvemo Svanetidə - 11.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər