29 
Okt
2020
11:21
437

Gürcüstanda Bələdiyyə binasında partlayış baş verdi

Siqnaği bələdiyyəsinin Nukriani kəndindəki bələdiyyə sədrinin nümayəndəsinin binasında partlayış baş verib.

InterPress.ge xəbər verir ki, bu barədə Siqnaği bələdiyyə başçısının kənd nümayəndəsi Levan Kracaşvili bildirib.

Levan Kracaşvilinin dediyinə görə, partlayışa təbii qaz sızması səbəb olub.

Onun sözlərinə əsasən, binanın yalnız xarici zədələnib. Hadisə sübh çağı baş verib.

Hadisə ilə əlaqədar başqasının əmlakına ziyan vurma və ya məhv etmə ilə əlaqəli 187-ci maddə ilə istintaq başladıldı.

Bizimlə əlaqə saxlayın