29 
Okt
2020
11:13
717

Gürcüstanda koronavirusla bağlı son vəziyyət açıqlandı

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 1,709 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 35 567 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 2 075 sağalma qeydə alınaraq 16 904 nəfər təşkil edib.

Qeyd edək ki, koronavirus səbəbi daha 20 nəfər ölüb və ölənkərin ümumi sayı 273nəfər təşkil edib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Bizimlə əlaqə saxlayın