28 
Okt
2020
15:22
638

Gürcüstanda qatar qadını vuraraq öldürdü

Xobi Bələdiyyəsinin Nocixevi kəndində qatar qadını vurub, qadın yerindəcə həyatını itirib.

InterPress.ge xəbər verir ki, qadın relslərdən keçərkən qatarın səs siqnalını eşitməyib.

Hadisə yerinə polis və məhkəmə ekspertləri cəlb olunub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə Gürcüstan Cinayət Məcəlləsinin 275-ci maddəsinin 4-cü hissəsi ilə araşdırılır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər