28 
Okt
2020
13:23
315

Mərkəz rəhbəri: "Təəssüf ki, tibb işçiləri də virusa yoluxdular, bu gün belə 123 nəfər var"

"Təəssüf ki, tibb işçiləri də virusa yoluxdular, bu gün belə 123 nəfər var"

InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamğrelidze Qurumlararası Koordinasiya Şurasının iclasından sonra bildirib.

Qamğrelidzenin qeyd etdiyinə görə, koronavirusun idarə edilməsində bəzi çatışmazlıqlar ola bilər, amma ümumiyyətlə, səhiyyə sistemi bunun üstəsindən gələ bilir.

"Hədəf qruplarının əksəriyyəti simptomlu yoluxmuş insanlardır. 1731 -1272 arasında simptomatik xəstələr var. Bu isə yüzdə 70 deməkdir. Təəssüf ki, tibb işçilərində virusa yoluxma halları mövcuddur. Bu səhər onlardan 123 nəfər yoluxub. Həmkarlarımızdan birinin, təcili yardım bölməsində çalışan həkimin vəfat etdiyini bilirsiniz. Ayrıca, digər risk qruplarında təxminən 299 nəfərin test cavabı müsbətdir. Vəziyyət nə qlobal səviyyədə, nə Avropada, nə də bizdə asan deyil. Epidemiya aktiv və gərgin bir mərhələyə qədəm qoyub.

İkinci dalğanın başlamasından təxminən bir ay yarım keçdi və səhiyyə sistemi, xəstəlik sayının artmasına baxmayaraq, mübarizəyə tab gətirə bilir. Əlbətdə, problemlər və ya narazılığın olduğu bəzi hallar ola bilər, amma ümumiyyətlə, səhiyyə sistemi vəziyyətin öhdəsindən gələ bilər və pik yükə tab gətirə bilər. Müəyyən dərəcədə deyə bilərəm ki, bu günlərdə ortaya çıxan bəzi sabitləşmə əlamətləri var. Gördüyünüz kimi maskadan istifadə etmək mədəniyyəti küçələrdə qapalı məkanlarda artıb . Maska taxanlar 95%-i təşkil edərsə əmin ola bilərsiniz ki, gündəlik infeksiya sayını ən azı yarıya endirə biləcəyik. Maska taxmaq, tez-tez əl yuymaq, məsafə saxlamaq və izdihamlı məclislərdən çəkinmək lazımdır"- A. Qamğrelidze.

Bizimlə əlaqə saxlayın