28 
Okt
2020
12:59
1370

Gürcüstanda seçkiyə görə bağlanan məktəblər nə vaxt açılacaq? - Nazirdən açıqlama

"Bu gündən etibarən seçki məntəqələrinin yerləşdiyi məktəblər distant təhsil rejiminə davam edəcək.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Naziri Mixeil Çxenkeli deyib.

Onun sözlərinə əsasən, seçkilərdən sonra eyni məktəblərdə dezinfeksiya işləri aparılacaq və tədris prosesi həmişəki kimi davam etdiriləcək.

“Bildiyiniz kimi, bu gündən etibarən seçki məntəqələrinin yerləşdiyi məktəblər distant təhsilə keçiblər. Acarıstan xaricində seçki məntəqələrinin yerləşdiyi 1419 belə məktəb var. Artıq bu gündən etibarən distant təhsil alırlar, çünki bu gün, sabah və ertəsi gün hazırlıq işləri aparılacaq və seçkilərdən sonra gələn həftənin bazar ertəsi və çərşənbə axşamı günlərində dezinfeksiya işləri aparılacaqdır.
Gələn çərşənbə günündən etibarən isə məktəblərdə təhsil normal formatda davam edəcək", - dedi Mixeil Çxenkeli.

Bizimlə əlaqə saxlayın