28 
Okt
2020
11:34
1074

Qiorqi Qaxaria: "Pandemiya keçəcək, virusu məğlub edəcəyik, lakin..."

"Vətəndaşlarımıza demək istəyirəm ki, bəzi alış-veriş mərkəzlərini ziyarət etmək seçki məntəqəsində səs verməkdən daha riskli ola bilər. Buna görə hamımız seçimimizi 31 oktyabrda etməliyik. Bu, bizim məsuliyyətimiz, hər bir vətəndaşın ölkəmizin gələcəyi üçün məsuliyyətidir".

InterPress.ge xəbər verir ki, bu barədə Baş nazir Qiorqi Qaxaria bildirib.

Baş nazirin qeyd etdiyinə əsasən, bütün seçki məntəqələri epidemioloqlar tərəfindən tövsiyə olunan qaydalara uyğun hərəkət edəcəkdir.

“Ölkənin ən vacib seçkilərindən biri ilə qarşı-qarşıyayıq. Gürcüstan Hökuməti və Mərkəzi Seçki Komissiyası hər bir vətəndaşımızın səsvermə hüququnun tam həyata keçirilməsini təmin etmək üçün mümkün olan hər şeyi etdi və bu gün hamımız vətəndaşlarımızı seçki məntəqələrinə getməyə çağırırıq. Pandemiya keçəcək, virusu məğlub edəcəyik,lakin bununla birlikdə demokratik seçkilər zamanı edilən seçim ölkəmizin yaxın illərdə demokratik inkişafına zəmin yaradacaqdır.
Hər seçki məntəqəsi epidemioloqların tövsiyə etdiyi bütün qaydalara əməl edəcək",- Baş nazir Qiorqi Qaxaria.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər