28 
Okt
2020
11:11
860

Gürcüstanda koronavirusa yüzlərlə yoluxma və eyni zamanda Rekord sağalma qeydə alındı

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 1,731 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 33 858 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 2,197 sağalma qeydə alınaraq 14 829 nəfər təşkil edib.

Qeyd edək ki, koronavirus səbəbi daha 15 nəfər ölüb və ölənkərin ümumi sayı 253 nəfər təşkil edib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Bizimlə əlaqə saxlayın