28 
Okt
2020
10:16
735

Ümum Gürcüstan Müsəlmanları Ali Dini idarəsi Fransa prezidentinə etiraz edir

“Emmanüel Makronun İslam Peyğəmbəri Həzrət Məhəmməd (s)-ə qarşı təhqiramiz addımını lənətləyirik!”

InterPress.ge xəbər verir ki, bu barədə Ümum Gürcüstan Müsəlmanları Ali Dini idarəsinin sədri və Şeyxi Seyid Mirtağı Əsədovun bəyanatında deyilir.

“Fransa prezidenti Emmanüel Makronun Fransada İslam peyğəmbəri Həz. Məhəmməd (s) haqqında dərc edilən təhqiramiz karikaturaları söz azadlığı ünvanı altında həmin bəhanə ilə müdafiə etməsi, müqəddəs dəyərlərə sadiq heç bir vicdanlını narahat etməyə bilmədi.

Görünür ki, o, söz azadlığı ilə İlahi varlıqlara qarşı təhqir azadlığını dəyişik salıb.

Cənab Makronun iki milyarda yaxın insanın yer üzündə ən müqəddəs şəxsiyyətinə qarşı atılan alçaldıcı addımı dəstkləyərək bu qədər insanın mənəvi duyğularını yaralaması, ən azından siyasi məsuliyyətsizlik və ləyaqətsizlikdir.

Biz Gürcüstan Müsəlmanları onun bu addımını kəskin şəkildə qınayarıq və lənətləyirik”, - deyə bəyantda qeyd olunur.

Bizimlə əlaqə saxlayın