27 
Okt
2020
20:00
670

Koronavirusdan təcili tibbi yardım həkimi dünyasını dəyişib

​Bağdati rayonunun təcili tibbi yardımının 45 yaşlı əməkdaşı həyatını itirib.

İnterPress.ge xəbər verir ki, həkimin ölümü ilə bağlı məlumatı Səhiyyə Nazirliyinə təcili tibbi yardım xidməti verib.

Həkim müalicə üçün Tbilisiyə gətirilmişdi.

“İlk növbədə həlak olanın ailəsinə baş sağlığı diləyirik. Dünən axşam koronavirusdan Bağdati təcili tibbi yardım xidmətinin 45 yaşlı həkimi həyatını itirib. Həkim tibb müəssisəsində müalicə görürdü. Tibb işçiləri onu xilas etmək üçün əlindən gələni ediblər, ancaq həyatını xilas etmək mümkün olmayıb. –təcili tibbi yardım mərkəzindən bildirilib.

Xatırladaq ki, oktyabrın 25-də, Axalkalakinin təcili tibbi yardım həkimi də koronavirusdan dünyasını dəyişib

Bizimlə əlaqə saxlayın