26 
Okt
2020
20:53
1953

Zuqdididə "Sakartvelo Bank"-dan soyğunçuluq edən şəxsin kim olduğu AÇIQLANDI - FOTO

"Zuqdididə "Sakartvelos Bank"-a soyğunçu kimi hücumu həyata keçirən şəxs Badri Esebuadır".

İnterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirinin müavini Vladimer Borçvadze, Sameqrelo-Zemo Svanetinin Bölgə Polis Bölməsində baş tutan brifinqdə açıqlama verib.

“Daxili İşlər Nazirliyinin 25 oktyabr tarixli açıqlamasına və orada göstərilən müraciətə baxmayaraq, bəzi KİV-lər Nazirlik təsdiqləmədən öncə Sakartvelos bankın Zuqdididəki filialına hücumu həyata keçirən şəxsin şəkilləri və onun haqqında məlumatlar yaydı.

Bir daha hər kəsə müraciət etmək istəyirik ki, bu cür ağır cinayətlər barədə məlumatların məqsədyönlü şəkildə yayılması, intensiv əməliyyat tədbirləri ilə paralel olaraq istintaq prosesinə, davam edən və planlaşdırılan polis tədbirlərinə mane olur.

Polis tərəfindən həyata keçirilən operativ istintaq-əməliyyat və axtarış tədbirləri nəticəsində banka hücum edən şəxs 1988-ci il təvəllüdlü Badri Esebuadır. Polis cinayətkarın yerini müəyyənləşdirmək və onu yaxalamaq üçün fəal şəkildə xüsusi əməliyyat, istintaq və axtarış tədbirləri aparır.

Qeyd edək ki, faktla bağlı istintaq Gürcüstanın Cinayət Məcəlləsinin 236, 323 və 329-cu maddələri ilə davam etdirilir" - dedi Vladimer Borçvadze.

DİN soyğunçunun şəkilini yayır.

Bizimlə əlaqə saxlayın