26 
Okt
2020
16:03
730

Rustavidə bir gənc ölü tapıldı - YENİLƏNİB

Rustavidə 21 yaşlı bir gənc ölü tapıldı.

Bu barədə InterPress.ge İnfoRustaviyə istinadən xəbər verir.

Məlumatda qeyd olunur ki, hal-hazırda detallar dəqiqləşdirilir.

Polis fakatla bağlı istintaqa başlayıb.

***16:14

Rustavidə bir gəncin ölümü ilə bağlı yeni təfərrüatlar məlum olur.
InterPress.ge xəbər verir ki, ölən 21 yaşlı gəncdir.
Ölən kişinin dostunun İnfoRustaviyə verdiyi məlumata görə, oğlan birdən özünü pis hiss elədi və yıxıldı.

"Oğlanlar işə başlamalı idilər . Oğlan anidən özünü pis hiss etdi. Çuxura düşdü. Təcili yardım gələnə qədər ən qısa müddətdə onu çıxarıb ürək masajları etdilər. Lakin o, sağ qala bilmədi",-deyə məlumatı İnfoRustaviyə açıqlamasında mərhumun bir dostu söylədi.

Onun sözlərinə görə, gənc oğlan oteldə koronavirus xəstəliyindən müalicə olunurdu və dünən evə buraxıldı.

Ölümün səbəbinin nə olduğu hələlik məlum deyil.
Mütəxəssis kriminalistlər hadisə yerində araşdırmaya başladılar

Bizimlə əlaqə saxlayın