26 
Okt
2020
14:30
1147

Gürcüstanda 31 oktyabradək hava necə olacaq?

26-30 oktyabr tarixlərində Gürcüstanın qərbində isti və yağmursuz hava şəraiti davam edəcək. Hava istiliyi +25, +30 dərəcə olacaq.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyindən məlumat verilib.

28-29 oktyabr tarixlərində Şərqi Gürcüstanın bəzi yerlərində az yağış və duman müşahidə oluna bilər, digər günlərdə əsasən yağmursuz hava şəraiti gözlənilir. Hava istiliyi +19, +24 dərəcə olacaq.

Oktyabrın 28-də az yağış yağacağı və duman olacağı, temperaturun +18 dərəcəyə enəcəyi gözlənilir.
31 oktyabrda Gürcüstanın bəzi bölgələrində yağış yağacaq. 26-27 və 29-31 oktyabr tarixlərində Tbilisidə yağış yağmayacaq, havanın temperaturu +22, +24 dərəcə olacaq.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər