26 
Okt
2020
11:52
1179

Hökumət adminstrasiyasından məhdudiyyətlərlə bağlı açıqlama verildi

"Gördüyünüz kimi, dünyada yoluxmuş insanların sayı artır. Bu yoluxmanın artımı hələ də gözlənilir. Bu gün 1872 yoluxma halı bildirildi. Buna baxmayaraq, sistemli məhdudiyyətlər tətbiq etmirik və getdiyimiz yolu izləməyə davam edirik".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin administrasiya sədri Natia Mezvrişvili Koordinasiya Şurasının iclasından sonra keçirdiyi brifinqdə deyib.

"Epidemioloji vəziyyəti nəzərə alaraq buna ehtiyac olduğunda virusa uyğunlaşmağa və yerli məhdudiyyətlərlə idarə etməyə davam edirik. Balansı qorumaq üçün əlimizdən gələni edirik, bir tərəfdən, vətəndaşların sağlamlığını qorumağa davam edirik, digər tərəfdən də iqtisadiyyata mümkün qədər az zərər verməyə çalışırıq ",- dedi Natia Mezvrişvili.

Bizimlə əlaqə saxlayın