26 
Okt
2020
10:30
4697

Hökumətin 200 larilik yardım paketi davam edəcəkmi?

“Ehtimal ki, hökümət 200 lari yardımı davam edəcək”.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Biznes Assosiyasiyasının prezidenti Soso Pxakadze qeyd edib.

Onun sözlərinə görə, bununla eyni zamanda hökumət yeni tədbirlər paketini təqdim etməyə hazırlaşır. O, bu haqda biznes sektor və baş nazir arasında baş tutan görüşdən sonra jurnalistlərə açıqlama verib.

“200 larillik yardımlarla bağlı düzgün yadımdadırsa baş nazir açıqlama vermişdi ki, bu davam edəcək. Əldə etdiyimiz məlumata görə, yalnız bu yardımı yox eləcə də bütün yeni tədbirlər paketini təqdim etməyə hazırlaşır. Bilirik ki, pandemiya davam edir və onun davamlılıq xüsusiyyəti var bundan irəli gələrək əminik ki, hökümət müəyyən düzgün addımlar atmalı olacaq”, - dedi Soso Pxakadze.

Qeyd edək k, bu açıqlama oktyabr ayının 20-də verilib. Xəbəri təkrar yaymada məqsəd 200 lari ilə bağlı İnterPress.ge-yə ünvanlanan 10-larla suala cavab verməkdir.

Bizimlə əlaqə saxlayın