25 
Okt
2020
20:00
4336

İtkin düşünə Nəbiyeva Nurlanə tapıldı

Qardabani rayonunun 1997-ci il təvəllüdlü Kosalı kənd sakini Nəbiyeva Nurlanə tapılıb.

Bu barədə InterPress.ge-yə N. Nəbiyevanın ailəsindən bildirilib.

Xəbər portalımıza verilən məlumata görə, polis sözü gedən şəxsin atasına zəng edərək qızının tapıldığını bildirib. Hal-hazırda isə qız və ailəsi polis şöbəsindədir.

Qeyd edək ki, Nurlanə Nəbiyevə 24 oktyabr səhər saatlarında evdən çıxaraq bir daha evə qayıtmayıb. Bundan narahat olan valideynləri bizə və polisə axtarış üçün məlumat vermişdi.

Eyni zamanda ailənin bildirdiyinə görə, N. Nəbiyevanın səhhətində problem var və yaddaşı tamamilə silinib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər