25 
Okt
2020
18:10
815

MSK seçicilər üçün olan qaydaları açıqladı

"Seçki məntəqəsinə daxil olan seçicilər maska taxmalıdırlar".

InterPress.ge xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Tamar Jvania bildirib.

MSK bu gün seçicilərin səsvermə günü əməl etməli olacaq qaydalar barədə mətbuata məlumat verib.

“Maskası olmayan vətəndaşlara yerində maska veriləcək. Daha sonra seçici dezobaryerdən keçəcək. Dezobaryer hər iki saatda bir dezinfeksiya olunacaq. Seçici daha sonra növbə qaydasını təmin edən şəxsə tərəf gedəcək, şəxsiyyət vəsiqəsini təqdim etdikdən sonra kimliyini müəyyən etmək üçün maskanı çıxartmalıdır. Markir yoxlandıqdan sonra əllər dezinfeksiya ediləcək. Seçici yenidən şəxsiyyət vəsiqəsini verdikdən sonra yenidən maskanı çıxarmalı və səs vermək üçün fərdi qələmi götürməlidir . O, bülleten aldıqdan sonra kabinəyə daxil olmalıdır. Pandemiyadan irəli gələrək kabinlərin forması dəyişdirilib və o tamamilə bağlı deyil, jabinə mütəmadi olaraq havalandırılacaq. Seçici seçimini etdikdə qələmi xüsusi qutuya qoymalıdır və sonra bülleteni seçki qutusuna atmalı və sonra seçki məntəqəsini tərk etməlidir", - dedi Jvania.

Xatırladaq ki, Gürcüstanda parlament seçkiləri 31 oktyabrda keçiriləcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər