25 
Okt
2020
11:52
1156

Gürcüstanda koronavirusa yoluxanların və ölənlərin sayı yenə kəskin artdı

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 1 928 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 28 431 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 604 sağalma qeydə alınaraq 10 767 nəfər təşkil edib.

Qeyd edək ki, koronavirus səbəbi daha 8 nəfər ölüb və ölənkərin ümumi sayı 201 nəfər təşkil edib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Bizimlə əlaqə saxlayın