24 
Okt
2020
17:26
1614

Zuqdididə soyğunçuluq edənlər saxlanıldı - VİDEO

Daxili İşlər Nazirliyinin Sameqrelo-Zemo Svaneti Polis Departamentinin Zuqdidi Bölgə Bölməsinin əməkdaşları Zuqdidi Bələdiyyəsinin İnqiri kəndində fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrindən birində soyğunçuluq faktını aşkar ediblər.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir.

Məlumata görə, soyğunçuluq və qrup halında odlu silahların qanunsuz alıb saxlama və gəzdirmə ittihamı ilə iki nəfər 1997-ci il və 1998-ci il doğumlu şəxslər yaxalanıblar.


İstintaqla məlum olub ki, cari ilin 23 oktyabr tarixində İnqiri kəndində qeyd olunan şəxslər yanacaqdoldurma məntəqəsinin operatoruna hücum edərək fiziki şiddət uyğulayaraq öldürməklə hədələyiblər və daha sonra pul götürüb ərazidən qaçaraq gizləniblər.

Keçirilən operativ istintaq və axtarış tədbirləri nəticəsində hüquqmühafizə orqanları şübhəli şəxsləri hadisədən bir müddət sonra Tbilisidə yaxalayıblar. Polis oğurlanan pulun bir hissəsini sübut kimi götürüblər.

Soyğunçuluq və silahların qanunsuz alıb saxlama və gəzdirmə faktı ilə bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 179-cu maddəsinin 2-ci hissəsinin "B" altbəndinə və 236-cı maddəsinin 3-cü və 4-cü hissələrinə nəzərən aparılır.

Cinayət altı ildən doqquz ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın