24 
Okt
2020
13:57
968

Gürcüstanda bu gün koronavirusa yoluxanların haradan olduqları açıqlandı

"Bu gün koronavirusun təsdiqlənmiş 1941 yeni halı aşkarlanıb".

InterPress.ge xəbər verir ki, bu haqda Qurumlararası Koordinasiya şurasının əməliyyatlar qərargahının sədrinin müavini Berdia Sicinava açıqlama verib.

O, Covid-19-un son statistikası və son 24 saatın məlumatları barədə məlumat verib.

"Bu gün 1941 yeni yoluxma halı qeydə alınıb. Ölkədə 26 fevraldan bu günədək Covid-19 a yoluxma halının ümumi sayı 26 503 nəfərdir. Son 24 saat ərzində 412 xəstə sağalıb. Onların ümumi sayı 10 163 nəfəri təşkil edir. Son 24 saat ərzində 10 nəfər koronavirusdan dünyasını dəyişib. Onların ümumi sayı 193-dür.

Tbilisidə 1034, Acarada 320, İmeretidə 258, Kvemo Kartlidə 107, Şida Kartlidə 68, Quriyada 12, Sameqrelo Zemo Svanetidə 49, Kaxetidə 37, Mçxeta Mtianetidə 36, Samtsxe Cavaxetidə 18, Raca Leçxumidə və Kvemo Svanetidə 2 hal aşkarlanıb"

Bizimlə əlaqə saxlayın